#Donald Tramp İsrail Prezidenti İsxak Hersoqu zəif və aciz adlandırıb.

ABŞ Prezidenti Donald Tramp İsrail Prezidenti İsxak Hersoqu tənqid edərək, onu "zəif və aciz" adlandırıb, həmçinin yalan danışmaqda ittiham edib. Trampın sözlərinə görə, Hersoq Baş nazir Benyamin Netanyahunu bağışlayacağına dair vəd versə də, bu öhdəliyi yerinə yetirməyib. Prezident Tramp Hersoqun "lider olmadığını" bəyan edib. "O, mənə dəfələrlə onu (Netanyahunu) bağışlayacağını demişdi və yalan danışdı," – deyə ABŞ rəhbəri bildirib. Tramp həmçinin vurğulayıb ki, Netanyahuya qarşı aparılan məhkəmə prosesi hərbi əməliyyatlara mane olur və "Bibi" boş şeylərə deyil, müharibəyə diqqət yetirməlidir.