#Avropa İttifaqı Yaxın Şərqdə gərginliyin diplomatik yollarla həllinə çağırıb.

Avropa İttifaqının (Aİ) Xarici Siyasət və Təhlükəsizlik Məsələləri üzrə Ali nümayəndəsi Kaya Kallas ABŞ Prezidenti Donald Trampın İranın enerji infrastrukturuna hərbi zərbə endirməyəcəyi barədə bəyanatını müsbət qarşıladıqlarını bildirib. Kallas bu addımın qlobal enerji bazarları və regional sabitlik üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.