#İdris Elba Mandela rolu

Cənubi Afrika və ABŞ-ın 2013-cü il birgə istehsalı olan "Mandela: Azadlığa gedən uzun yol" (Mandela: Long Walk to Freedom) dram və avtobioqrafiya filmi, dünya tarixinin ən nüfuzlu liderlərindən birinin ömür yoluna işıq salıb. Rejissor Castin Çadvikin ekranlaşdırdığı bu ekran əsəri, Cənubi Afrikanın ilk qaradərili prezidenti və anti-aparteid hərəkatının rəmzi olan Nelson Mandelanın uşaqlığından hakimiyyətə gəlişinə qədər olan dövrü əhatə edib.