Fələstinin HƏMAS hərəkatı rəsmi açıqlama yayaraq, İzzəddin əl-Qəssam Briqadalarının sözçüsü kimi tanınan Əbu Ubeydənin həlak olduğunu bildirib. HƏMAS-ın silahlı qanadı olan İzzəddin əl-Qəssam Briqadalarının bəyanatında qeyd olunub ki, təşkilatın bir sıra yüksək rütbəli üzvləri döyüş əməliyyatları zamanı həyatını itirib. Açıqlamaya əsasən, həlak olanlar arasında Briqadaların Baş Qərargah rəisi Məhəmməd Sinvar, Rəfah Briqadasının komandiri Məhəmməd Şabənə, briqada komandirlərindən Hikmət əl-İssa, eləcə də istehsal və silahlanmaya cavabdeh bölmənin rəhbəri Şeyx Raid Səad da yer alır.
#HAMAS
ABŞ Prezidenti Donald Tramp bazar günü bildirib ki, İsrail ilə “HƏMAS” hərəkatı arasında elan olunan atəşkəs hələ də qüvvədədir. O, bu bəyanatı İsrailin “HƏMAS” mövqelərinə qarşı onlarla hava hücumu həyata keçirməsindən sonra verib. Tramp prezident təyyarəsində jurnalistlərə açıqlamasında “Atəşkəs qüvvədədir” deyərək, “HƏMAS” rəhbərliyinin bu pozuntulara birbaşa aidiyyəti olmadığını vurğulayıb və məsuliyyəti “hərəkat daxilindəki bəzi üsyançı qrupların” üzərinə atıb.
Beynəlxalq Cinayət Məhkəməsi (ICC ) cümə axşamı günü İsrailin baş naziri Benyamin Netanyahu, onun keçmiş müdafiə naziri və HƏMAS rəsmilərini həbsinə order verib.