#AzerVoice: Azərbaycan və PowerChina arasında yeni enerji sazişləri gündəmdədir

Energetika naziri Pərviz Şahbazov “PowerChina Resources Ltd” şirkətinin icraçı vitse-prezidenti He Shiyou ilə görüşüb. Görüşdə 160 MVt gücündə günəş elektrik stansiyası, 2 QVt gücündə dənizdə külək enerjisi layihələrinin icrası, eləcə də yeni investisiya imkanları ilə bağlı məsələlər müzakirə edilib. Günəş enerjisi layihəsinin həyata keçirilməsi istiqamətində irəliləyişlər qeyd edilib, bu stansiyanın ölkəmizin bərpa olunan enerji layihələrinin inkişafı ilə bağlı ikinci mərhələdə şəbəkəyə inteqrasiyasının nəzərdə tutulduğu vurğulanıb. Bu müstəvidə, hazırda Çinin Elektrik Enerjisinin Planlaşdırılması və Mühəndislik İnstitutu (EPPEI) tərəfindən aparılan şəbəkə tədqiqatlarının nəticələrinin mühüm rolu diqqətə çatdırılıb.