#İranın nüvə materialları ilə bağlı yeni diplomatik gərginlik

ABŞ və Rusiya liderləri arasında İranın nüvə proqramı ilə bağlı müzakirələr aparılıb. ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinin İranın zənginləşdirilmiş uran ehtiyatları ilə bağlı irəli sürdüyü təklifi rədd edib. Məlumata görə, martın 9-da baş tutan telefon danışığı zamanı Rusiya tərəfi İranın təxminən 450 kiloqram həcmində 60 faizədək zənginləşdirilmiş uran ehtiyatının ölkədən çıxarılması və bu materialın təhlükəsizliyinə Moskvanın zəmanət verməsi variantını irəli sürüb.