#terror

TBMM-in Fəxri Salonunda keçirilən “Samsuna İstiqlal Medalının Təqdimetmə Mərasimi”ndə çıxış edən Kurtulmuş, son dövrdə terror təşkilatlarının bölgədə böyük güclərin vəkil aparatı kimi istifadə edildiyini qeyd edib. O bildirib ki, Türkiyə bu sxemi alt-üst edərək yeni bir tarixi mərhələnin əsasını qoyur.

Türkiyə Böyük Millət Məclisində (TBMM) “Terrorsuz Türkiyə” prosesi çərçivəsində yaradılan komissiyanın ilk iclası sona çatıb. İlk iclas yerli vaxtla saat 11:40-da (Bakı vaxtı ilə 12:40) başlayıb və 8 saat davam edib. Komissiyanın adı “Milli Həmrəylik, Qardaşlıq və Demokratiya Komissiyası” olaraq müəyyənləşdirilib.

Türkiyənin Şanlıurfa vilayətində İŞİD terror təşkilatına qarşı əməliiyat keçirilib. İŞİD-ə maliyyə dəstəyi verən və təşkilat daxilində silahlı fəaliyyət göstərən şəxslərin saxlanılması məqsədilə həyata keçirilən əməliyyat çırçivəsində 5 milyon lirədən artıq maliyyə dövriyyəsinə sahib olduğu müəyyən edilən 6 nəfər saxlanılıb. Məhkəməyə çıxarılan şübhəlilərdən 4-ü həbs olunub, 2-si isə deportasiya edilib. Bundan əvvəl, Türkiyənin daxili işlər naziri Ali Yerlikaya İŞİD-ə qarşı 14 vilayətdə keçirdiyi əməliyyatlarda 26 nəfərin saxlanıldığını açıqlamışdı.

Türkiyə Böyük Millət Məclisində (TBMM) qurulacaq "Terrorçusuz Türkiyə" Komissiyası avqustun ilk həftəsində fəaliyyətinə başlayacaq. Bu barədə TBMM sədri Numan Kurtulmuş, İsveçrənin Cenevrə şəhərində keçirilən Altıncı Dünya Parlament Sədrləri Konfransı çərçivəsində jurnalistlərin suallarını cavablandırarkən bildirib.

2016-cı ilin 15 iyul gecəsi Türkiyə tarixinin ən kritik dönəmlərindən biri yaşandı. Orduya uzun illər sızmış FETÖ (Fətullahçı Terror Təşkilatı) tərəfindən həyata keçirilən hərbi çevriliş cəhdi, ölkənin demokratik nizamını məhv etmək məqsədi daşıyırdı. Lakin bu gecə həm də Türk xalqının azadlıq, iradə və milli birlik uğrunda göstərdiyi misilsiz qəhrəmanlığın simvoluna çevrildi.