Hənif dinimiz olan İslamın beş əsasından biri olan orucu Uca Allah bizdən öncəki toplumlara vacib etdiyi kimi bizə də vacib etmişdir. Allah təalə bunu “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlkilərə fərz buyurulduğu kimi sizə də fərz buyuruldu ki, bəlkə, günahlardan çəkinəsiniz!” ayəsi ilə bildirmişdir.