Osmanlı imperiyasının üçüncü hökmdarı olan I Murad (Murad Xudavəndigar) Orxan Qazinin altı oğlundan ikincisi idi. Onun hakimiyyət yolu gözlənilməz bir hadisə — böyük qardaşı, "Rumeli fatehi" Süleyman paşanın ov zamanı atdan yıxılaraq qəfil vəfat etməsi ilə açılmışdır. Əgər Süleyman paşanın bu vaxtsız ölümü olmasaydı, I Muradın taxta çıxması mümkün olmayacaqdı.
#Orxan Qazi
Osmanlıların Rumeliyə gəlişi Bizans imperatoru Kantakuzenosun Orxan bəydən kömək istəməsi ilə başlayıb.
Görkəmli tarixçi Halil İnalcık Orxan Qazinin oğlu Süleyman paşanın Rumeliyə yerləşdiyi zaman köhnə türk ənənəsinə sadiq qaldığını qeyd edir. Süleyman paşa bölgədə hərbi üstünlüyü qorumaq üçün dərhal sağ, orta və sol qollardan ibarət cinahlar yaratmışdı.
Osmanlı dövlət idarəçiliyinin ən ali orqanı olan Divan-ı Hümayunun formalaşması bəylik dövründən imperiya mərhələsinə qədər uzun bir təkamül yolu keçmişdir.
Karesi bəyliyi şimal-qərbi Anadoluda kökləri Danişmendlilərə gedib çıxan bir sülalə tərəfindən qurulub. Bəyliyin tənəzzülü 1334-cü ildə Qərbi Anadolunu türklərdən xilas etmək üçün hərəkətə keçən səlibçi donanmasının vurduğu ağır zərbə ilə başladı. Hökmdar Yahşi bəyin ölümündən sonra isə bəylikdə daha böyük çaxnaşma yarandı.