#Türkiyə Suriya liderinin təhlükəsizliyi ilə bağlı yayılan xəbərləri təkzib etdi

Suriya dövlət başçısının təhlükəsizliyi ilə bağlı Türkiyənin Britaniya kəşfiyyatından yardım istədiyi barədə yayılan iddialar rəsmi səviyyədə təkzib edilib. Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin Dezinformasiya ilə Mübarizə Mərkəzi bu barədə yayılan məlumatların həqiqəti əks etdirmədiyini açıqlayıb. Dezinformasiya ilə Mübarizə Mərkəzinin açıqlamasında bəzi xarici xəbər agentliklərində yayılan “Türkiyə Britaniyanın xarici kəşfiyyat xidməti MI6-dan Suriya dövlət başçısı Əhməd əş Şəraanın qorunmasının gücləndirilməsini istəyib” iddiasının əsassız olduğu bildirilib.