İranın Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Laricani rəsmi bəyanatla çıxış edərək, ölkəsinin ABŞ-ın hava hücumlarına qarşı uzunmüddətli müqavimət göstərmək iqtidarında olduğunu bildirib. Pentaqonda keçirilən mətbuat konfransında ABŞ-ın Müdafiə naziri hərbi missiyanın prioritetlərini açıqlayıb. Nazir qeyd edib ki, əməliyyatın məqsədi İranda demokratiya qurmaq deyil, ölkənin hərbi infrastrukturunu, raket potensialını və hərbi dəniz donanmasını tamamilə sıradan çıxarmaqdır. Eyni zamanda, İranın nüvə silahına sahib olmaq imkanlarının tamamilə aradan qaldırılması əsas strateji hədəf kimi müəyyən edilib.