#İraq Respublikasının Baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseyn

Martın 1-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İraq Respublikasının Baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseyn arasında telefon danışığı baş tutub. Nazirlər telefon danışığı zamanı Yaxın Şərqdə müşahidə olunan hərbi eskalasiya və gərgin təhlükəsizlik vəziyyəti ətrafında fikir mübadiləsi aparıblar. Bütün tərəflərin təmkin nümayiş etdirməsinin, gərginliyi artıracaq addımlardan çəkinilməsinin və mövcud mübahisələrin həlli üçün diplomatik kanallara üstünlük verilməsinin zəruri olduğu vurğulanıb.