#Tehran Əli Xameneinin ölümünü təsdiqlədi

28 fevral 2026-cı il səhəri ABŞ və İsrailin İranın strateji obyektlərinə, o cümlədən Ali Rəhbər Əli Xameneinin iqamətgahına endirdiyi birgə zərbələr müharibənin başlanğıcı oldu. Lakin bu müharibənin ən gizli və həlledici cəbhəsi yerin onlarla metr dərinliyində — İranın "raket şəhərlərində" yaşanır. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bəyan edib ki, hücumun ikinci dalğasında Missuri ştatındakı bazasından qalxan "B-2 Spirit" strateji bombardmançıları iştirak edib. 11 min kilometr məsafə qət edən bu təyyarələr yerin 60 metr dərinliyinə nüfuz edə bilən "GBU-57" (Bunker Buster) bombaları ilə İranın yeraltı raket anbarlarını hədəf alıb.

"Dawn" qəzetinin xəbərinə görə, Xameneinin ABŞ-İsrail hücumları nəticəsində öldürülməsindən sonra Gilgit-Baltistan bölgəsində nümayişlər şiddətlənib. Bölgədəki Birləşmiş Millətlər Təşkilatının (BMT) ofislərinə hücum edən nümayişçilər məktəb və polis bölməsini də yandırıblar. Gilgit-Baltistan polisi Skardu şəhərində komendant saatı elan edildiyini duyurub. Polis təmkinli olmağa çağırış edərək, dövlət əmlakının qorunmasının bütün vətəndaşların məsuliyyəti olduğunu bildirib. Bölgədəki bütün xarici turistlərin təhlükəsiz ərazilərə təxliyə edildiyi və bəzi yolların təhlükəsizlik səbəbindən hərəkətə bağlandığı xəbər verilir. Gilgit-Baltistan bölgəsində mağazalar, bazarlar və ticarət mərkəzləri bağlı qalarkən, ticari fəaliyyətlər dayandırılıb.

İran dövlət televiziyası ölkənin ali rəhbəri Ayətullah Əli Xameneyinin öldürüldüyünü rəsmən elan edib. Bu xəbər ABŞ Prezidenti Donald Trampın Xameneyinin ölümü barədə məlumatı təsdiqləməsindən və onun xələfi olacaq "yaxşı namizədlər" barədə danışmasından bir neçə saat sonra yayılıb.