#Regionda gərginlik fonunda kəskin bəyanat

İsrail hökuməti İrana qarşı davam edən hərbi əməliyyatların siyasi məqsədlərinə dair növbəti açıqlamasını verib. İsrailin Baş naziri Binyamin Netanyahu İrana qarşı həyata keçirilən genişmiqyaslı hərbi əməliyyatların yalnız təhlükəsizlik məqsədi daşımadığını, həm də İran daxilində siyasi dəyişikliklər üçün zəmin yarada biləcəyini bəyan edib.