Fondun aparıcı təşəbbüslərindən biri olan TurkDiscovery platforması bu dəfə “Əbədiyyətin nişanələri – Türk dünyası rəmzlərdə” adlı yeni sənədli seriya üzərində işləyir. Layihə türk dünyasının maddi və mənəvi irsinin beynəlxalq səviyyədə tanıdılması məqsədini daşıyır. Yeni sənədli seriyada petroqliflər, damğalar, zoomorf abidələr, dağ balbalları və runik əlifbalar kimi qədim irs nümunələri vizual formada təqdim olunacaq. Layihə vasitəsilə türk xalqlarının ortaq tarixi yaddaşı, mədəni kökləri və nəsillərarası bağlılığı tamaşaçıya çatdırılacaq.
#Türk mədəniyyəti
Türk ədəbiyyatının görkəmli nümayəndələrindən olan Yavuz Bülent Bakilər haqqında danışan Topçu, mərhum şairin əsərləri, şeirləri və çıxışları ilə nəsillərə yol göstərdiyini bildirib. Topçu çıxışında Bakilərin Türk-İslam dünyası üçün əhəmiyyətini vurğulayıb.
25 sentyabr 2025-ci il tarixində Türk Mədəniyyəti və İrsi Fondu ilə Mangistau vilayətinin akimatının birgə təşkilatçılığı ilə Aktau şəhərində keçirilən görkəmli sufi mürşidi və maarifçi Beket ata Mırzaqululunun 275 illiyinə həsr olunmuş Beynəlxalq elmi-praktik konfrans öz işinə başlayıb. Tədbirdə Türk Mədəniyyəti və İrsi Fondu adından təşkilatın layihə menceri Talqat Muxanov iştirak edib, qurumun həyata keçirdiyi mədəni layihələr, xüsusilə türk xalqlarının ortaq irsinin araşdırılması və təbliği istiqamətində görülən işlər barədə məlumat verib.
Tarix yalnız yazılı mətnlərdən ibarət deyil; o, həm də məzar daşlarında, abidələrdə, müqəddəs məkanlarda və mədəni yaddaşı yaşadan simvollarda mövcudluğunu qoruyur. İmadəddin Nəsiminin Hələbdəki məzarı bu baxımdan Suriya Hələb türkmənləri üçün kimlik nişanı, Azərbaycan üçün isə milli yaddaşın qlobal miqyasda təmsilidir. Onun dəfn olunduğu məkan yalnız bir şəxsiyyətin qəbri deyil; həm də ortaq Türk-İslam sivilizasiyasının möhürü, Suriya və Azərbaycan üçün tarixi mənsubiyyətin simvoludur.