#Qəzzada beynəlxalq sabitlik qüvvələri (ISF) və Sülh Şurası

İndoneziya ordusunun Qəzzadakı "Sülh Şurası" layihəsində iştirakı tərəfdarlar və əleyhdarlar arasında kəskin mübahisələrə səbəb olub. Son 70 ildə İndoneziya BMT-nin sülhməramlı missiyaları çərçivəsində Afrika, Asiya və Avropanın münaqişə zonalarına qoşun göndərsə də, Qəzza missiyasının xarakteri və riskləri tamamilə fərqlidir. Qeyd edək ki, İndoneziya ordusu indiyədək göstərdiyi fəaliyyətlərə görə böyük təqdirlər alsa da, bəzi əməkdaşları qaçırılmış, bəziləri isə öldürülmüşdür.