Bu ilin mart ayında Qəzza zolağına tam blokada tətbiq olunduqdan bəri aclıq nəticəsində azı 67 uşaq həlak olub.
#humanitar böhran
Bu gün səhər saatlarından başlayaraq İsrail ordusunun Qəzza zolağına həyata keçirdiyi hücumlarda azı 37 fələstinli həyatını itirib.
BMT-nin baş katibi Antonio Quterreş Qəzzada həyatın son şərtlərinin məhv edilməsindən narahatlığını ifadə edib və 2023-cü ilin oktyabr ayından bəri davam edən müharibənin bölgədəki humanitar böhranı daha da dərinləşdirdiyini bildirib.
İsrailin xarici işlər naziri Gideon Saarın Litvanın paytaxtı Vilnüsə səfəri zamanı ölkədə kütləvi etiraz aksiyaları keçirilib.
Fələstinin BMT-dəki daimi nümayəndəsinin müavini Məcid Bamiye BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edərək İsrailin Qəzza zolağında hər gün orta hesabla 100 dinc sakini öldürdüyünü bəyan edib.
İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi hücumlar nəticəsində azı 32 fələstinli həyatını itirib, onlarla insan yaralanıb. Yerli mənbələr hücumların müxtəlif bölgələrdə qeydə alındığını bildirir
İsrailin Qəzzaya humanitar yardım apararkən beynəlxalq sularda saxladığı “Madleen” gəmisindəki 6 fəalın ölkədən deportasiya edilmək üçün Tel-Əvivin Ben Qurion Beynəlxalq Hava Limanına aparıldığı açıqlanıb.
Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) Haitidə dəstə zorakılığı səbəbindən daxili köçkünlərin sayının rekord səviyyəyə çatdığını bildirib.