#Trampın yeni qamçısı: Gerald Ford aviadaşıyıcısı İranı necə cilovlayacaq?

1890-cı ildə amerikalı hərbi tarixçi Alfred Mahan "Dəniz Qüdrətinin Tarixə Təsiri" kitabını nəşr etdirərək ABŞ-ın qlobal hegemonluğunun nəzəri əsaslarını qoydu. Mahanın doktrinasına görə, dənizlərə nəzarət etmək dünyada dominant mövqe tutmaq deməkdir. Bu gün ABŞ-ın okeanlarda onlarla aviadaşıyıcı qrupu ilə varlıq göstərməsi məhz bu strateji düşüncənin məhsuludur.