"Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin potensialının reallaşdırılması baxımından Rəşt-Astara hisssinin tikintisi mühüm əhəmiyyət daşıyır. Astara Yük Treminalı Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin mühüm tərkib hissəsi kimi xüsusi əhəmiyyət daşıyır. Terminalın yükdaşıma imkanlarının 5 milyon tona qədər nəzərdə tutulması bu marşrutun tranzit potensialının artırılmasına mühüm töhfə verir", - deyə Baş nazirin müavini əlavə edib.