#ABŞ-ın 15 milyon dollarlıq siyahısındakı lider məhv edildi

Meksikada ölkənin ən böyük cinayət şəbəkələrindən birinin liderinə qarşı keçirilən əməliyyatdan sonra bir sıra şəhərlərdə genişmiqyaslı iğtişaşlar qeydə alınıb. Rəsmi açıqlamaya əsasən, əməliyyat zamanı 4 kartel üzvü öldürülüb, 2 nəfər saxlanılıb, 3 hərbçi isə yaralanıb. Əməliyyatdan dərhal sonra kartel üzvləri ilə təhlükəsizlik qüvvələri arasında silahlı toqquşmalar başlayıb. Bir neçə şəhərdə yollar bağlanıb, nəqliyyat vasitələri və iş yerləri yandırılıb.