Ermənistandakı prosesləri yaxından izləyirik.
#Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN)
İran tərəfinin yanaşması ondan ibarətdir ki, dronlar İran tərəfindən atılmayıb
Delimitasiya, demarkasiya çox böyük bir prosesdir. Burada çox texniki məsələlər var.
Ceyhun Bayramov və Kaya Kallas arasında görüş keçirilir
21 fevral 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı baş tutub. Telefon danışığı zamanı iki ölkə arasında tərəfdaşlıq münasibətlərindən irəli gələn məsələlər, ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin genişləndirilməsi imkanları, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik vəziyyəti müzakirə olunub.