#Avropada etiraz aksiyaları

Albaniyada müxalifətin çağırışı ilə paytaxt Tiranada keçirilən kütləvi etiraz aksiyasında minlərlə insan Baş nazir Edi Ramanın rəhbərlik etdiyi hökumətin istefasını tələb edib. Aksiya zamanı bəzi etirazçılar Baş nazirlik binasına molotov kokteylləri və hava fişəngləri atıb. Etirazda çıxış edən Albaniyanın sabiq baş naziri və Demokratik Partiyanın sədri Sali Berisha nümayişlərin davam edəcəyini bildirib.