#1965-ci ilin sarsıdıcı cinayəti: Malkolm İksin həyatına son qoyuldu

1965-ci il fevralın 21-də ABŞ-da afroamerikalı siyasi və dini lider Malkolm İks Nyu-York şəhərində çıxışı zamanı qətlə yetirilib. Hadisə Vaşinqton Hayts rayonunda yerləşən “Audubon” zalında baş verib və lider 39 yaşında həyatını itirib. Malkolm X Afro-Amerika Birliyi Təşkilatının iclasında çıxış edərkən silahlı hücuma məruz qalıb. Hücum zamanı onun hamilə həyat yoldaşı və dörd qızı zalın ön sırasında olub.