#TDT nazirlərinin 14-cü iclası: Türküstanda mühüm sənədlər imzalandı

Türküstan şəhərində TDT-nin iqtisadiyyat və ticarət nazilərinin 14-cü iclasında ticarət, investisiya, rəqəmsal transformasiya və digər istiqamətlərdə əməkdaşlığın inkişafı müzakirə edilib, ticarət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. İqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayev Qazaxıstanın Türküstan şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) iqtisadiyyat və ticarət nazirlərinin 14-cü iclasında iştirak edib.