#Yasamalda hərəkət artıq svetoforla tənzimlənir

Yasamal rayonu, Moskva prospektinin “Şamaxinka” adlanan yol sahəsində hərəkət artıq svetoforla tənzimlənir. Quraşdırılan yeni nəqliyyat və piyada svetoforları Moskva prospektinin 20 Yanvar küçəsi ilə kəsişmələrində, eləcə də həmin kəsişmələrin yaxınlığında yerləşən geriyədönmə hissəsində hərəkət növbəliliyini tənzimləyir.