Azərbaycan Respublikası Milli Məclisinin Qaradağ rayonundan seçilmiş deputatı Aydın Hüseynov rayonda fəaliyyət göstərən Bakı 21 saylı Mediasiya Təşkilatını ziyarət edib. Ziyarət çərçivəsində millət vəkili müəssisənin iş şəraiti və fəaliyyət istiqamətləri ilə yaxından tanış olub.