#ramazan

İran Prezidenti Məsud Pezeşkian müharibə dövründə dövlət rəsmilərinin fəaliyyətini yüksək qiymətləndirib. O, Ramazan ayında baş verən qarşıdurmanı “məcburi müharibə” adlandırıb. Pezeşkian rəsmilərin həmin dövrdə xalqa xidmət göstərmək üçün ciddi səylər göstərdiklərini bildirib. İran prezidenti bu fəaliyyəti “dözümlülük və xalqa xidmətin qızıl səhifəsi” kimi səciyyələndirib. O, fikirlərini ayətullah Cavad Şəhristaniyə ünvanladığı müraciətdə ifadə edib. Pezeşkianın sözlərinə görə, rəsmilər çətin şəraitdə Allaha inam və məsuliyyət hissi ilə fəaliyyət göstəriblər. Prezident həmin səylərin İran xalqının tarixi yaddaşında qalacağını vurğulayıb. Açıqlamanı İranın “Mehr” xəbər agentliyi yayıb.

ABŞ-də Ramazan və Qurban bayramlarını müsəlmanlar üçün rəsmi tətil kimi qəbul edən ilk ştat olan Vaşinqtonda Ramazan ayı da rəsmi şəkildə tanınıb. Vaşinqton ştatının qubernatoru Bob Ferqyuson sosial şəbəkə hesabında yaydığı açıqlamada Ramazan ayının 18 fevral–19 mart 2026-cı il tarixlərini əhatə etdiyini və bu müddətin rəsmi olaraq Ramazan ayı kimi elan olunduğunu bildirib.