Polşanın Baş naziri Donald Tusk ölkə vətəndaşlarına İrandan dərhal çıxmaları və bu ölkəyə səfərdən çəkinmələri ilə bağlı çağırış edib. Tusk qeyd edib ki, məqsədi ictimaiyyətdə panika yaratmaq deyil, lakin potensial “isti münaqişə” şəraitində Polşa vətəndaşlarının təxliyəsinə zəmanət vermək mümkün olmaya bilər.