#Qaradağ

Prezident İlham Əliyev bildirib ki, “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının istismara verilməsi Azərbaycanın enerji potensialının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, bu layihə ACWA Power tərəfindən ölkədə inşa edilən ilk bərpaolunan enerji stansiyasıdır, lakin sonuncu olmayacaq və Azərbaycan dövləti şirkətin gələcək planlarını tam dəstəkləyir. Dövlət başçısı vurğulayıb ki, son illərdə enerji sisteminin modernləşdirilməsi əsas prioritetlərdən biridir. Prezident əlavə edib ki, bərpaolunan enerji layihələri həm daxili tələbatın təmininə, həm də ixrac imkanlarının genişlənməsinə şərait yaradacaq.