#Səudiyyə Ərəbistanında Ramazan ayı başlayır: Sabah ilk oruc günüdür

Səudiyyə Ərəbistanı Ali Məhkəməsi hilalın görünməsi ilə bağlı qərar qəbul edərək, sabahın hicri-qəməri təqvimi ilə 1447-ci ilin Ramazan ayının birinci günü olduğunu bəyan edib. Eyni zamanda, Qətərin Vəqflər Nazirliyi nəzdindəki Ayın Görünməsi Komitəsi və BƏƏ-nin Prezident Divanı da sabahın ayın başlanğıcı olduğunu təsdiqləyib.