#Liviyada qayıq batdı: İki qadın xilas edildi

Beynəlxalq Miqrasiya Təşkilatının (BMT) məlumatına görə, hadisədən yalnız iki nigeriyalı qadın sağ çıxa bilib. Xilas edilən qadınlardan biri həyat yoldaşını, digəri isə iki körpəsini itirdiyini bildirib. Faciə nəticəsində 53 nəfər, o cümlədən iki südəmər körpə dənizdə itkin düşüb. Qayığın suya buraxıldıqdan təxminən 6 saat sonra su sızması səbəbindən çevrildiyi bildirilir.