#Tarixdə bu gün: MHP-nin yaradılmasından 57 il keçir

9 fevral 1969-cu ildə Türkiyənin siyasi həyatında mühüm yer tutan partiyalardan biri olan Milliyyətçi Hərəkat Partiyası (MHP) yaradıldı.MHP 9 fevral 1969-cu ildə Adanada keçirilən qurultay prosesində Alparslan Türkeşin liderliyi ilə formalaşıb. Tarixi məlumatlara görə, həmin günlərdə keçirilən toplantıda Cümhuriyyətçi Kəndli Millət Partiyasının adı dəyişdirilərək Milliyyətçi Hərəkat Partiyası kimi fəaliyyətə başlayıb.