#Körfəz Əməkdaşlıq Şurası ölkələri ilə münasibətlərin dinamikası

Əlcəzairin rəsmi xəbər agentliyi (APS) şənbə günü verdiyi məlumatda bildirib ki, Əlcəzair 2013-cü ilin may ayında Əbu-Dabidə imzalanmış Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə hava nəqliyyatı xidmətləri haqqında sazişin ləğvi prosedurlarına başlayıb. “Əlcəzair Demokratik Xalq Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında 13 may 2013-cü il tarixində Əbu-Dabidə imzalanmış və 30 dekabr 2014-cü il tarixli prezident fərmanı ilə təsdiq edilmiş hava xidmətləri haqqında sazişin ləğvi üçün zəruri prosedurlara başlanılıb”. – deyə agentliyin xəbərində deyilir.