#diaspor gənclərinin fəaliyyəti

Məlumat verdiyimiz kimi, Türkiyə Respublikasının İstanbul şəhərində 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunan “Azərbaycan Diaspor Gəncləri: Birlik və İnkişaf Forumu” keçirilib. Motivasiya və liderlik üzrə təlimçi Marziye İlhan “Müasir diaspor gəncliyi: təşkilatlanma, şəbəkələşmə və liderlik” mövzusunda diaspor təşkilatlarının rolu, gənclərin koordinasiyası, regionlar və ölkələr üzrə fəaliyyət modelləri barədə ətraflı məlumat verib.