Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə–Misir İş Forumunun bağlanış iclasında çıxış edib. Rəcəb Tayyib Ərdoğan çıxışında Türkiyə–Misir iqtisadi münasibətlərinin strateji əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, Misir Türkiyənin Afrikadakı ən böyük ticarət tərəfdaşıdır və iki ölkə arasında ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılması əsas hədəf olaraq qalır. Prezident qeyd edib ki, mövcud göstəricilər bu hədəfdən geri qalsa da, tərəflərin iqtisadi potensialı daha böyük nəticələr əldə etməyə imkan verir.