#Aqrar Sığorta Fondu

2025-ci ilin nəticələrinə əsasən, ölkədə sığortalanan kənd təsərrüfatı heyvanlarının sayı 2 dəfədən çox artıb. Ötən il ölkə üzrə 6 935 baş iri və xırda buynuzlu heyvan sığorta edilib ki, bu da 2024-cü illə müqayisədə 2,1 dəfə çoxdur. Xatırladaq ki, 2024-cü ildə Azərbaycanda aqrar sığorta mexanizmi vasitəsilə 3 276 heyvan sığortalanmışdı.

Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən sərfəli aqrar sığorta mexanizmindən istifadə edənlərin sayı artır və sığortalanan əkin sahələri genişlənir. 2025-ci ildə müxtəlif hadisələr nəticəsində əkin sahələrinə dəyən zərərlərin Aqrar Sığorta Fondu tərəfindən qarşılanması, fermerlərə ödənişlərin kəskin artması səbəbindən əkin sahələrinin sığortalanmasına maraq kəskin artıb. Ötən il ölkə üzrə müxtəlif bitkiləri əhatə edən 391 min hektar əkin sahəsi sığortalanıb.