İran davam edən hərbi təlim çərçivəsində Hörmüz boğazının bir hissəsinin təhlükəsizlik səbəbilə bu gün bir neçə saatlıq bağlanacağını açıqlayıb. İran dövlət televiziyasının yaydığı məlumata görə, İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazı və Fars körfəzində həyata keçirdiyi təlimlərin əsas mərhələsinə başlayıb. Təlim planına uyğun olaraq, boğazın müəyyən hissəsində gəmi hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.
#İranın addımı Hörmüz boğazında yeni böhran riski yaradıb
İran hərbi qüvvələrinə məxsus sürətli hücum qayıqları ABŞ-a məxsus neft tankerinə yaxınlaşıb və gəmiyə dayanmaq əmri verib. Hadisə bu gün səhər saatlarında Hörmüz boğazında qeydə alınıb. Məlumata əsasən, 50 kalibrli silahlarla təchiz edilmiş 6 İran hücum qayığı ABŞ bayrağı altında üzən neft tankerinə yaxınlaşaraq onun mühərriklərini söndürməsini və yoxlama məqsədilə göyərtəyə çıxılmasına hazırlaşmasını tələb edib.