#ABŞ Ədliyyə Nazirliyindən Epşteyn işi ilə bağlı yeni açıqlama

ABŞ Ədliyyə Nazirliyi tərəfindən açıqlanan Ceffri Epşteyn işi üzrə yeni sənədlərdə Nyu-York şəhərinin meri Zöhran Mamdaninin anası, tanınmış kinorejissor Mira Nairin adı da yer alıb. Yayımlanan sənədlərə əsasən, Mira Nair Ceffri Epşteynin yaxın çevrəsinə daxil olan şəxslərin iştirak etdiyi sosial tədbirlərlə bağlı elektron məktub yazışmasında xatırlanıb. Məlumata görə, söhbət Qisleyn Maksvellin Nyu-Yorkdakı evində təşkil olunan toplantıdan sonra keçirilən film təqdimatı tədbiri ilə əlaqəli yazışmadan gedir.