#Tehran Vaşinqtonla danışıqlar üçün çərçivə formalaşdırıldığını bildirir

İran Milli Təhlükəsizlik Ali Şurasının baş katibi Əli Laricani sosial media platforması X-də paylaşım edərək, mediada süni şəkildə yaradılan müharibə gözləntilərinin əksinə olaraq, danışıqlar üçün institusional çərçivənin formalaşdırılması prosesinin irəlilədiyini bildirib. Onun sözlərinə görə, ictimai rəy müharibəyə fokuslansa da, pərdəarxası diplomatik mexanizmlər üzərində iş davam edir.