Əbu-Dabidə Azərbaycan Ordusu ilə Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə keçiriləcək “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki təliminin hazırlıq məşqləri davam edir. Əvvəlcə şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılıb, daha sonra isə təlimin məqsədi, ssenarisi, keçiriləcəyi ərazi, mərhələlər üzrə fəaliyyət planı və icra olunacaq tapşırıqlar barədə ətraflı brifinq təqdim edilib.