#Tarixdə bu gün: Qandi Yeni Dehlidə sui-qəsd nəticəsində öldürüldü

Hindistanın müstəqillik hərəkatının siyasi və mənəvi lideri, zorakılıqsız müqavimət fəlsəfəsinin banisi Mahatma Qandi 1948-ci il yanvarın 30-da Yeni Dehlidə sui-qəsd nəticəsində qətlə yetirilib. Onun ölümü Britaniya müstəmləkəçiliyindən azadlıqdan cəmi bir il sonra Hindistanda dərin siyasi və dini gərginliyin mövcudluğunu üzə çıxaran tarixi hadisə kimi qiymətləndirilir.