#İran’daki nükleer tesis için Moskova’dan açıklama

Rusiya Dövlət Nüvə Enerjisi Korporasiyası “Rosatom”un baş direktoru Aleksey Lixaçev İranın Buşehr Atom Elektrik Stansiyasının təhlükəsizliyi ilə bağlı açıqlama verib. O bildirib ki, zərurət yaranacağı təqdirdə stansiyanın tam şəkildə təxliyəsi üçün hazırlıq görülür. Moskva şəhərində jurnalistlərə danışan Lixaçev qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin məsələni ətraflı şəkildə araşdırıb və bu mövzuda həm İsrail, həm də ABŞ tərəfi ilə birbaşa təmaslar qurub. Onun sözlərinə görə, münaqişə tərəfləri atom elektrik stansiyalarının toxunulmazlığı prinsipinə hörmət etməlidir.