İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir bazar günü səhər saatlarında bir qrup yəhudi köçkünün müşayiəti və İsrail polisinin ciddi mühafizəsi altında Məscidül-Əqsa kompleksinə daxil olub. Bu addım regionda dini gərginliyi artıran növbəti təxribat kimi qiymətləndirilir.
#5. Dindarlıq mədəniyyətsiz ola bilərmi?
Dindarların üzərinə düşən əsas vəzifələrdən biri mədəniləşmə səviyyəsini yüksəltməkdir. Əks halda, dünyanın bu qədər sürətli və intensiv inkişaf etdiyi bir mərhələdə onlar istismara məruz qalmağa davam edəcəklər. Bu istismar bəzən sosial, bəzən siyasi, bəzən isə ideoloji formada ortaya çıxır. Daha təhlükəlisi isə odur ki, mədəni təməli zəif olan bəzi dindarlar zamanla radikal düşüncələrin təsiri altına düşürlər.