#Dostluq: Zamanın içindən keçən ən səssiz sədaqət

Bu gün dostlarla bir məclisdə idim. Bir zamanlar universitetdə gələcək arzuları quran insanlar idik. İndi isə gələcəyin içində, yenə gələcək haqqında arzular qururuq. Bir vaxtlar bizi evdə valideynlər gözləyirdi. İndi isə biz övladlarımızı gözləyirik. Bir zaman hamımız sağlam idik. İndi isə çoxumuzun ya cibində dərman var, ya da səhhətində bu və ya digər problemlər.