#Kürd dili Suriyada mədəni hüquqlar çərçivəsində tədris ediləcək

Suriyada təhsil sahəsində dil siyasəti ilə bağlı mühüm dəyişiklik edilib. Suriyanın Təhsil Nazirliyi kürd dilinin dövlət məktəblərində seçmə fənn kimi tədris olunmasını nəzərdə tutan rəsmi qərar qəbul edib. Qərar Suriya Prezidenti Əhməd əş-Şəraanın ölkədə yaşayan kürdlərlə bağlı imzaladığı prezident fərmanından sonra qüvvəyə minib və kürd dilinin təhsil sisteminə inteqrasiyasını nəzərdə tutur.