#ABD–Rusya ilişkilerinin perde arkası

2000-ci illərin əvvəllərində Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ Prezidenti Corc Buş arasında baş tutmuş telefon danışıqlarının mətnləri ictimaiyyətə açıqlanıb və iki lider arasında o dövrdə formalaşan yaxın siyasi dialoqu üzə çıxarıb. London mərkəzli Səudiyyə nəşri Majalla 2001–2003-cü illəri əhatə edən telefon danışıqlarının sənədlərini yayımlayıb. Sənədlərə əsasən, 11 sentyabr terror hücumlarından dərhal sonra Buşla əlaqə saxlayan ilk xarici liderlərdən biri Vladimir Putin olub və Moskva Vaşinqtonun terrorizmə qarşı mübarizəsinə açıq dəstək nümayiş etdirib.