İngiltərə Bankının keçmiş analitikinə aid edilən və bankı ABŞ-ın yadplanetlilərin mövcudluğu ilə bağlı "yaxın zamanda verəcəyi açıqlamaya" hazır olmağa çağıran xəbərdarlıq; eyni anda həm geniş mübahisə, həm istehza, həm də narahatlıq dalğasına səbəb olub. İlk baxışda bu xəbər "sarı mətbuat" üçün yüngül bir material kimi görünsə də, məsələyə ciddi yanaşdıqda, yadplanetlilərin var olub-olmaması sualından daha dərin bir problem üzə çıxır. Əsl sual budur: Necə olur ki, kövrək fərziyyələr rasionallıq və institusionallıq tələb edən müzakirələrə sızmağı bacarır?