Sinqapurun “GovInsider” təşkilatı tərəfindən hazırlanmış “GovMesh Horizons” beynəlxalq hesabatında Azərbaycanın sosial sahədə rəqəmsal transformasiya və süni intellekt tətbiqləri üzrə təcrübəsi yer alıb. Hesabatda 2025-ci ildə müxtəlif ölkələrdə rəqəmsal idarəetmə sahəsində əldə olunan qabaqcıl təcrübələr təqdim olunub. Sənəddə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin sosial xidmətlərin rəqəmsallaşdırılması istiqamətində həyata keçirdiyi layihələrə xüsusi diqqət ayrılıb.