#Aralıq dənizi

İsrail Hərbi Dəniz Qüvvələri Aralıq və Qırmızı dənizdə genişmiqyaslı hərbi təlim keçirib. Təlimdə raket katerləri və sualtı qayıqlar da daxil olmaqla müxtəlif hərbi dəniz platformaları iştirak edib. İsrail ordusunun bildirdiyinə görə, məqsəd dənizdən mümkün sızmalar, çoxcəbhəli döyüşlər və hava hücumlarına qarşı hazırlıq səviyyəsini yoxlamaq olub. Təlim zamanı limanların və strateji infrastrukturun müdafiəsi üzrə müxtəlif ssenarilər sınaqdan keçirilib.

İranın Ali Rəhbərinə hərbi məsləhət verən Möhsün Rezai bildirib ki, ABŞ ilə sülh sazişi üzrə danışıqlar tıxac vəziyyətindədir və ABŞ Prezidenti Donald Tramp bu tıxacın aradan qaldırılmasında qərarlı olmalıdır. Rəzai həmçinin xəbərdarlıq edib ki, münaqişə davam edərsə, savaş Hind okeanı, Qırmızı dəniz, Bab əl-Mandeb boğazı və Aralıq dənizinə də yayıla bilər. Yəməndəki Husi qrupları isə hələ gəmilərə hücum etməyib. Bab əl-Mandeb və Hörmüz boğazlarının bağlanması qlobal enerji bazarına ciddi təsir göstərə, dünyada neft və qaz tədarükünün təxminən dörddə birini kəsə bilər. Bu vəziyyət qlobal iqtisadiyyat və regional təhlükəsizlik üçün ciddi risklər yaradır.

Azadlıq Donanmasının Böhran Masası bildirir ki, Aralıq dənizində donanmanın gəmiləri ətrafında iki döyüş gəmisi müşahidə edilib. Donanmanın ekipajı vəziyyətə nəzarət edir və gəmilərin təhlükəsizliyini təmin etmək üçün operativ tədbirlər görülür. Beynəlxalq ictimaiyyətə məlumat verilməklə sularda təhlükənin olmaması təmin edilir.

Şərqi Aralıq dənizində səhər saatlarında 5.9 bal gücündə zəlzələ qeydə alınıb. Məlumata görə, yeraltı təkanların episentri Krit adası yaxınlığında yerləşib və zəlzələ 7 kilometr dərinlikdə baş verib. Sarsıntı Yunanıstanın müxtəlif bölgələrində, eləcə də Türkiyənin Muğla vilayətinin Datça rayonunda hiss olunub.

Aralıq dənizi regionunda yerləşən kiçik və orta ölçülü şəhərlər iqlim böhranına qarşı mübarizədə güclərini birləşdirirlər. Bu prosesdə əsas rol Avropa İttifaqının maliyyələşdirdiyi COMPOSE layihəsinə məxsusdur. Layihə bələdiyyələrə bərpaolunan enerji keçidində dəstək olmaq, texniki bilik və maliyyə çatışmazlıqlarını aradan qaldırmaq üçün həyata keçirilib.

Əlcəzairin şərqində yerləşən Tebessa şəhərində 5,8 bal gücündə zəlzələ baş verib. Əlcəzair Astronomiya, Astrofizika və Geofizika Tədqiqatları Mərkəzi yeraltı təkanların episentrinin Neqrin rayonundan 10 kilometr cənub-şərqdə olduğunu açıqlayıb.