#Suriya vətəndaş müharibəsi

Avropa İttifaqı Suriya ilə iqtisadi və ticarət münasibətlərinin geniş şəkildə bərpası barədə qərar qəbul edib. Avropa Şurasının qəbul etdiyi qərara əsasən, Avropa İqtisadi Birliyi ilə Suriya Ərəb Respublikası arasında əməkdaşlıq sazişinin qismən dayandırılması ləğv olunub və bununla da tərəflər arasında daha geniş ticarət əlaqələrinin bərpasına start verilib.

Tarix bu gün böyük imperatorların süqutuna, qanlı qətliamlara və Yaxın Şərqin xəritəsini dəyişən fəlakətli müharibələrin başlanğıcına şahidlik edib. 15 mart – qədim Roma diktatoru Yuli Sezarın Senatda sui-qəsdlə qətlə yetirildiyi (E.ə. 44) və Rusiya imperatoru II Nikolayın taxtdan rəsmən imtina edərək imperiyanın sonunu gətirdiyi (1917) tarixi gündür. Qlobal siyasət səhnəsində isə bu gün Yaxın Şərqi qan gölünə çevirən, milyonlarla insanın qaçqın düşməsinə səbəb olan Suriya vətəndaş müharibəsinin kütləvi etirazlarla başladığı (2011) və Yeni Zelandiyada terrorçunun iki məscidə hücum edərək 51 müsəlmanı qətlə yetirdiyi (2019) kədərli tarixdir.

Mən Suriyadakı son proseslərin və baş verənlərin geosiyasi analizini aparmaq, pərdəarxası məqamları açmaq və Türkiyənin bu mərhələdəki rolundan bəhs etmək niyyətində idim. Lakin Suriyanın rifah dövrünə, vətəndaş müharibəsinə, inqilab günlərinə şahidlik etmiş, milyonlarla suriyalı ərəb, türkmən və kürd qaçqının yaşadığı ağrı-acını dinləmiş bir insan kimi hiss etdim ki, məsələyə fərqli bucaqdan baxmalıyam.